Türkiyədə gəmi batıb Dünya

Türkiyədə gəmi batıb

Zonquldakda batan gəmidə bir nəfər həyatını itirib.

Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə Türkiyə Dənizçilik Baş İdarəsindən bildirilib.

Məlumata əsasən, 11 nəfərin axtarışları davam edir.

Qeyd edək ki, dünən Qara dənizdə qasırğa səbəbilə Türkiyəyə məxsus yük gəmisi batıb.