SDG/YPG-yi “önəmli” göstərən faydalı bir aparat: İŞİD
1 Yanvar 20:38
1 Yanvar 20:38
1 Yanvar 18:31
30 Dekabr 2025 23:00
6 Fevral 2025 22:45
2 254
Rusiya XİN rəsmisi Mariya Zaxarova Ermənistanın Baş naziri Nikol Paşinyanın “erməni soyqırımı” ilə bağlı açıqlamalarına münasibət bildirib.
Xalqcebhesi.az Globalinfo.az-a istinadən xəbər verir ki, o, brifinq zamanı bu mövzuda ona ünvanlanan sualı cavablandırıb.
“Gözləmirdim ki, bu məsələyə həm Ermənistan dövlətinin, həm Ermənistan xalqının, həm də bir etnik qrup kimi ermənilərin tarixən formalaşan konsensus mövqeyindən fərqli yanaşılacaq.
Düşünməzdim ki, illər ərzində formalaşan bu möhkəm mövqe erməni cəmiyyətinin öz daxilində hansısa dəyişikliyə məruz qalacaq. Misal üçün, elə son fikirlər. Davosdakı bəyanatlardan danışıram. Amma yenə deyirəm, bu sual bizə ünvanlanmamalıdır. Bizim mövqeyimiz Dövlət Dumasının müvafiq bəyanatında öz əksini tapıb. Bu məsələ ilə bağlı mövqeyimiz dəyişməyib”, – deyə Zaxarova qeyd edib.