“Bakı–Brüssel münasibətləri yeni mərhələyə keçir”
5 Dekabr 22:04
5 Dekabr 22:04
5 Dekabr 21:38
5 Dekabr 15:47
8 Aprel 08:07
1 967
İranın paytaxtı Tehranın Moşariyə bölgəsində axşam saatlarında beşmərtəbəli poliklinikada yanğın baş verib.
Tehran Fövqəladə Xidmətlər Agentliyindən verilən açıqlamaya görə, yanğın poliklinikanın birinci mərtəbəsində yerləşən aptekdə başlayıb. Alov sürətlə yayılıb və binada olanlar böyük panika yaşayıb.
Xəbərdarlıq üzərinə çoxlu sayda təcili yardım və yanğınsöndürmə briqadası əraziyə göndərilib. Hadisə yerinə gələn qrupların gərgin işi nəticəsində yanğın nəzarət altına alınıb. İlkin məlumata görə, biri uşaq olmaqla 3 nəfər həyatını itirib. Xəsarət alan 18 nəfərdən 5-nin vəziyyətinin ağır olduğu bildirilib.
Yanğının səbəbi hələ müəyyən edilməsə də, hadisə ilə bağlı genişmiqyaslı araşdırmaya başlanıldığı açıqlanıb. Səlahiyyətlilər, oxşar qəzaların qarşısını almaq üçün lazımi təhlükəsizlik tədbirlərinin nəzərdən keçiriləcəyini qeyd edib.
5 Dekabr 21:21
1 064
5 Dekabr 21:20
1 260
5 Dekabr 19:04
1 183