3 Oktyabr 17:04
3 Oktyabr 13:42
25 İyul 2025 08:10
2 793
Türkiyədə Diyarbəkir-Batman avtomobil yolunda yerləşən TPAO-ya (Türkiyə Neft Şirkəti) məxsus Üçtəpə-1 qazma quyusunda gecə saatlarında məlum olmayan səbəbdən partlayış baş verib.
Xalqcəbhəsi.az “Haber Global”a istinadla qeyd edir ki, partlayışdan sonra müəssisədə yanğın baş verib, 7 işçi xəsarət alıb. Hadisə yerinə tibb, xilasetmə və jandarma qrupları sövq edilib.
Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra müalicə olunmaq üçün şəhər xəstəxanalarına aparılıb. Yanğın yanğınsöndürənlər tərəfindən nəzarətə götürülərək söndürülüb. Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.
İlkin məlumatlara görə, partlayışa qaz sıxılması səbəb olub.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
4 Oktyabr 11:16
819
4 Oktyabr 11:15
791
4 Oktyabr 11:14
784