Baş nazirin müşaviri: Netanyahunun Kuşnerlə görüşü keçirilir
17 Avqust 16:06
17 Avqust 16:06
17 Avqust 15:33
17 Avqust 14:07
17 Avqust 13:08
30 İyul 2025 08:09
2 240
İsrailin Qəzzada törətdiyi qətliamlar qlobal miqyasda qınanmağa davam edərkən, Malta da Fələstinə dəstək nümayiş etdirib. Maltanın baş naziri Robert Abela “Facebook”da ölkəsinin sentyabrda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası zamanı Fələstin Dövlətini tanıyacağını açıqlayıb.
Abela, "Mövqeyimiz Yaxın Şərqdə davamlı sülhə nail olmaq üçün səylərə sadiqliyimizi ifadə edir" deyib.
Qeyd edək ki, Abela may ayında verdiyi açıqlamada Maltanın Fələstin dövlətini başlanğıcda iyun ayında keçirilməsi planlaşdırılan, lakin təxirə salınan və iki gün əvvəl Nyu-Yorkda başlayan “Fələstin probleminin sülh yolu ilə həlli və iki dövlətli həllin tətbiqi” konfransı əsnasında Fələstin Dövlətini tanımağı planlaşdırdığını duyurmuşdu.
Abela, İsrailin Qəzza zolağına hücumlarının yaratdığı humanitar faciənin getdikcə daha da ağırlaşdığını və bu vəziyyətin göz ardı edilməyəcəyini vurğulayıb.
17 Avqust 20:41
728
17 Avqust 19:35
763
17 Avqust 17:22
868