

21 Oktyabr 18:51
21 Oktyabr 15:49
AMB sədri: "Bank BTB"nin fəaliyyəti ilə bağlı hər hansı problem yoxdur
Estoniya XİN Azərbaycan üzərindən Qazaxıstan taxılının Ermənistana göndərilməsini alqışlayır
Qurban Pirimov "Azərbaycanfilm" kinostudiyasının direktoru vəzifəsini icra edəcək
Azərbaycandan Gürcüstan dəmir yolları ilə yükdaşımalarının müddəti azaldılacaq
Slovakiya Ukraynaya əsgər göndərməyəcək, lakin bu ölkə üçün beynəlxalq təhlükəsizlik zəmanətlərinin təmin edilməsində logistik dəstək göstərəcək.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Slovakiya Baş Naziri Robert Fico Slovakiya radiosunun "Şənbə dialoqları" proqramında danışarkən bildirib.
"Slovakiya Ukrayna ərazisində heç bir əsgər yerləşdirməyəcək. Digər tərəfdən, Slovakiya logistik baxımdan vacib bir ölkədir. Əgər təhlükəsizlik zəmanətləri barədə razılaşma əldə olarsa, biz kömək etməyə hazırıq. Biz buna hazırıq," - deyə baş nazir qeyd edib.
Fico-nun sözlərinə görə, Slovakiya, Ukraynanın təhlükəsizliyinə zəmanət verən ölkələrə öz nəqliyyat infrastrukturundan istifadə etməyə imkan verəcək. Bu, yalnız Ukraynanın beynəlxalq təhlükəsizlik zəmanətləri barədə razılaşma əldə etməsi halında baş verəcək.
Məryəm Quliyeva