ABŞ-də yüngülmühərrikli təyyarə qəzaya uğrayıb, ölənlər var Dünya

ABŞ-də yüngülmühərrikli təyyarə qəzaya uğrayıb, ölənlər var

ABŞ-nin Arizona ştatındakı Böyük Kanyonun Şimal kənarı rayonunda noyabrın 15-də itkin düşən "Piper Comanche" yüngülmühərrikli təyyarəsinin qalıqları tapılıb. Göyərtədə olan hər üç nəfər həlak olub.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "The New York Post" məlumat yayıb.

ABŞ Milli Parklar Xidmətinin məlumatına görə, hava gəmisinin itkin düşməsi barədə məlumat noyabrın 15-də axşam saatlarında daxil olub. Təyyarə sonuncu dəfə kanyonun Şimal kənarındakı Beysin rayonunda qeydə alınıb.

Axtarış əməliyyatına noyabrın 16-da səhər saatlarında başlanılıb. Qalıqlar yerli vaxtla saat 10:15 radələrində (Bakı vaxtı ilə 21:15) aşkar edilib.

Həlak olanların şəxsiyyəti hələlik açıqlanmır. Aviaqəzanın səbəbləri araşdırılır.

Məryəm Quliyeva