İndoneziyanın şərqində 6,6 maqnitudalı zəlzələ baş verib Dünya

İndoneziyanın şərqində 6,6 maqnitudalı zəlzələ baş verib

İndoneziyanın şərq hissəsində, Banda dənizi akvatoriyasında 6,6 maqnitudalı zəlzələ qeydə alınıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan filialı məlumat yayıb.

Filialın operativ emal məlumatlarına əsasən, çərşənbə axşamı saat 00:11-də qeydə alınan yeraltı təkanların episentri eyniadlı adada yerləşən Ambon şəhərindən 471 km cənub-şərqdə olub.

Episentrdə titrəyişlərin intensivliyinə görə zəlzələ "dağıdıcı" kimi qiymətləndirilir.

ABŞ Geoloji Xidməti də zəlzələnin maqnitudasını 6,6 olaraq qiymətləndirib. Amerikalı seysmoloqların məlumatına görə, zəlzələnin ocağı 68 km dərinlikdə yerləşib.

Məryəm Quliyeva