Donald Tramp Xark adası və İranın neft obyektlərini hədəf göstərdi Gündəm

Donald Tramp Xark adası və İranın neft obyektlərini hədəf göstərdi

Amerika qüvvələri İranın Xark adası və İslam Respublikasının neft obyektləri üzərində nəzarəti bərqərar etməyə cəhd göstərmək niyyətindədir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bəyan edib.

"Çox da uzaq olmayan bir gələcəkdə biz Xark adasını və digər neft infrastrukturu obyektlərini ələ keçirəcəyik və onların neft-qaz bazarları üzərində tam nəzarəti bərqərar edəcəyik — eynilə Venesuelada etdiyimiz kimi, hansı ki, bu, həm onun, həm də ABŞ üçün parlaq nəticələr verdi", — deyə o, "Truth Social" sosial şəbəkəsində yazıb.

Məryəm Quliyeva