Politico: Avropa ABŞ-Rusiya gizli danışıqlarından narahatdır Gündəm

Politico: Avropa ABŞ-Rusiya gizli danışıqlarından narahatdır

Aİ ölkələri ABŞ prezidenti Donald Trampın avropalı müttəfiqlərin iştirakı olmadan Rusiya ilə danışıqlar aparmağa cəhd edə biləcəyindən ehtiyat edirlər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Avropanın "Politico" nəşri məlumat yayır.

Nəşrin məlumatına görə, Avropada narahatlığa səbəb Trampın Rusiya prezidenti Vladimir Putinlə son təmasları, o cümlədən iyunun 14-də baş tutan və demək olar ki, bir saat davam edən telefon danışığı olub. Bundan əlavə, "Politico" qeyd edir ki, Avropa ölkələrində ABŞ-ın xüsusi elçisi Stiv Uitkoff və amerikalı liderin kürəkəni Cared Kuşnerin Moskvaya mümkün yeni səfəri müzakirə olunur. Nəşrin qiymətləndirməsinə görə, bu cür addımlar Vaşinqtonun Avropa tərəfdaşlarını cəlb etmədən Moskva ilə ikitərəfli danışıqlar formatına üstünlük verə biləcəyi ilə bağlı qorxuları gücləndirir.

"Politico" vurğulayır ki, təhlükəsizlik və beynəlxalq böhranların nizamlanması məsələləri ətrafında davam edən müzakirələr fonunda Avropada ABŞ və Rusiya arasındakı təmasların inkişafı diqqətlə izlənilir.

Məryəm Quliyeva