ABŞ tezliklə Yaxın Şərqə "Theodore Roosevelt" aviadaşıyıcısını göndərəcək
“Rusiya Qərbə qarşı hibrid mübarizəsində yeni mərhələyə keçid alıb”
Novella Cəfəroğlu: “Davidi İsraildə də, Bakıda da məhkəməyə verəcəyəm” — VİDEOMÜSAHİBƏ
“Qarabağ” və “Tvente”də oynamış Vaqif Cavadov: Qoy, güclü olan qalib gəlsin!
12:19
539
Kiyev rejimi Enerqodara zərbələr endirməklə bütün Avropanın təhlükəsizliyini təhlükə altına atır və qəsdən nüvə şantajına əl atır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.
"Ümumilikdə aprel ayından bəri Ukraynanın Enerqodarı və Zaporojye atom elektrik stansiyasının ərazisini atəşə tutması nəticəsində stansiyanın 9 əməkdaşı həlak olub, yaralanan mülki mütəxəssislərin sayı isə onlarladır. Enerqodara hücumlar həyata keçirməklə Kiyev rejimi şüurlu şəkildə məhz nüvə şantajına əl atır, bütün Avropanın və əslində bütün dünyanın təhlükəsizliyini təhlükə altına qoyur", — deyə diplomat qeyd edib.
Məryəm Quliyeva