Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb -YENİLƏNİB Siyasət

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb -YENİLƏNİB

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb.

Dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini deyərək bu ilin avqustunda Özbəkistana dövlət səfərini məmnunluqla xatırladı.

Bu xüsusda səfər zamanı əldə olunmuş razılaşmaların həyata keçirilməsi kontekstində strateji tərəfdaşlığımızın və müttəfiqliyiliyimizin daha da inkişaf etdirilməsi imkanları müzakirə olundu.

Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edən Prezident Şavkat Mirziyoyev ölkəmizin inkişafının və tərəqqisinin qardaş özbək xalqını sevindirdiyini vurğuladı.

Özbəkistan Prezidenti Azərbaycanın AQEM-ə uğurlu sədrliyi və bu təşkilatın Zirvə Görüşünə ev sahibliyi etməsi münasibətilə dövlətimizin başçısını təbrik etdi və bütün bunları ölkəmizin nüfuzunun göstəricisi kimi qiymətləndiyini dedi.

Söhbət zamanı bütün sahələrdə səmərəli əlaqələr məmnunluqla qeyd edildi, ilin əvvəlindən ticarət dövriyyəsinin artdığı vurğulandı.

Energetika, qarşılıqlı sərmayələr, tikinti, nəqliyyat-logistika, yüngül sənaye, geologiya, turizm və digər sahələrdə layihələrin uğurla həyata keçirildiyi bildirildi, mədəni və humanitar mübadilələrin əhəmiyyəti qeyd edildi.

Dövlət başçıları beynəlxalq və regional gündəlikdə duran məsələlər barədə fikir mübadiləsi apardılar.

***

20:58

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb.

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - YENİLƏNİB Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - YENİLƏNİB Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - YENİLƏNİB Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - YENİLƏNİB Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - YENİLƏNİB