Hakan Fidan Bakıya gəlib Siyasət

Hakan Fidan Bakıya gəlib

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycanda səfərdədir.

APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

Türkiyəli nazir Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov tərəfindən qarşılanıb.

Hakan Fidan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təmsil edəcəyi CICA-nın VII Zirvə toplantısında iştirak etmək üçün Bakıya gəlib.

***

14.04

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfər edəcək.

Bu barədə Türkiyə XİNməlumat yayıb.

O, sabah Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci sammitində iştirak edəcək.