"Binance" bütün şəbəkələrdə vəsait çıxarışını gələn həftə bərpa edəcək
ABŞ Ukraynaya NATO-ya üzvlük müqabilində Donbasdan çıxmağı təklif edib
Fars körfəzi ölkələri hücumlara görə İrandan təzminat tələb ediblər
Almaniya köhnə kömür elektrik stansiyalarını yenidən işə salmağı planlaşdırır
Ermənistan COP34-ə ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb
13:41
343.jpg)
"Binance" kriptovalyuta birjası gələn həftənin sonuna qədər qalan bütün şəbəkələr və aktivlər üzrə vəsaitlərin çıxarılmasını bərpa etməyi planlaşdırır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə ticarət platformasının məlumatında deyilir.
"Biz vəsaitlərin çıxarılması funksiyalarının bərpası üzərində işi davam etdiririk və gələn həftənin sonuna qədər qalan bütün şəbəkələr və aktivlər üzrə çıxarışı açmağı planlaşdırırıq", – deyə "Binance"dan bildirilib. Şirkətdən qeyd olunub ki, bu həftə ərzində 87 şəbəkədə vəsaitlərin çıxarılması imkanı bərpa edilib.
Xatırladaq ki, oktyabrın 29-da "Binance" haker hücumuna məruz qaldığını açıqlamışdı. İtkilərin 6,3 milyard dollar təşkil edə biləcəyi bildirilirdi. Vəsaitlərin çıxarılması funksiyası bərpa edildikdən sonra istifadəçilər təxminən 3,64 milyard dollar çıxarıblar.
Noyabrın 12-də kriptobirja haker hücumundan zərər çəkmiş istifadəçilərin aktivlərini tamamilə bərpa etdiyini bəyan edib. Bunun üçün şirkətin 6,34 milyard dollardan çox öz vəsaiti yönəldilib. "Binance" həmçinin zərər görmüş tokenləri bazardan və birjadankənar əməliyyatlar (OTC) vasitəsilə geri alıb, eləcə də SAFU fondunun, fyuçerslərin sığorta fondunun bir hissəsindən və korporativ vəsaitlərdən istifadə edib.
Məryəm Quliyeva