"Binance" bütün şəbəkələrdə vəsait çıxarışını gələn həftə bərpa edəcək
ABŞ Ukraynaya NATO-ya üzvlük müqabilində Donbasdan çıxmağı təklif edib
Fars körfəzi ölkələri hücumlara görə İrandan təzminat tələb ediblər
Almaniya köhnə kömür elektrik stansiyalarını yenidən işə salmağı planlaşdırır
Ermənistan COP34-ə ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb
13:38
385
ABŞ ilk dəfə olaraq Ukraynadan NATO-ya üzvlük müqabilində Donbasdan çıxmağa hazır olub-olmadığını soruşub.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib. Dövlət başçısı qeyd edib ki, bu məsələni ictimai müzakirəyə "yalnız tamhüquqlu təhlükəsizlik təminatları paketi alındığı təqdirdə" çıxarmağa hazırdır.
Ukrayna Prezidentinin sözlərinə görə, belə bir addım üçün tərəfdaşlar NATO və Avropa İttifaqından təhlükəsizlik zəmanətləri verməli, Ukrayna ordusunun sabit maliyyələşdirilməsini və silahlandırılmasını təmin etməli, həmçinin ölkənin bərpası üçün vəsait ayırmalıdırlar. Zelenski həmçinin Ukraynanın neytral statusunun Konstitusiyada təsbit edilməsinə razı olmayacağını bəyan edib.
Qeyd edək ki, ABŞ-nin danışıqlar aparan nümayəndələri NATO-ya üzvlük müqabilində Zelenskiyə qoşunları Donbasdan çıxarmağı təklif etdiklərini təsdiqləməyiblər. Ukraynanın NATO üzvlüyündən imtina etməsi və Alyansın özünün genişlənmədən rəsmi şəkildə imtinası Rusiyanın müharibənin başa çatdırılması ilə bağlı açıq şəkildə səsləndirdiyi əsas şərtlərdən biridir. Donald Trampın sülh planlarının müxtəlif variantlarında da Ukraynanın NATO-ya daxil olmasından imtina bəndi həmişə yer alıb.
Məryəm Quliyeva