Monqolustan Prezidenti istefa verib Dünya

Monqolustan Prezidenti istefa verib

Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux mətbuat konfransı keçirərək istefa verdiyini elan edib.

Xalqcebhesi.az -ın məlumatına görə, o bildirib ki, son bir ayda bəzi cinayətkar qruplar ağır bir cinayətlə əlaqədar ona böhtan ataraq nüfuzuna və prezidentlik institutuna xələl gətiriblər. Prezident qanun qarşısında hər kəsin bərabər olduğunu vurğulayaraq, Demokratik Partiyanın araşdırma aparılması üçün istefa verməsi ilə bağlı tələbi ilə razılaşdığını qeyd edib.

Xurelsux onu da əlavə edib ki, böhtan atan şəxslər məsuliyyətə cəlb olunacaq və onun şərəfi bərpa ediləcək.

Məryəm Quliyeva