Türkiyənin Hərbi Dəniz Qüvvələrinin 2 gəmisi Gürcüstanın Batumi limanına daxil olacaq.
Türkiyənin Gürcüstandakı səfirliyindən verilən məlumata görə, "TCG Fatih" və "TCG Volkan" gəmiləri 30 mart-1 aprel tarixində Qara dənizdə "Dəniz ulduzu 2018" hərbi-dəniz təlimlərində iştirak edəcək.
Aprelin 2-də Türkiyə gəmiləri Gürcüstanın Sərhəd Mühafizə Xidməti ilə birgə PASSEX təliminə qatılacaq.
Türkiyə gəmilərinin Batumi limanına daxil olması və təlimlər iki ölkə arasında müdafiə sahəsində mövcud əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir.