İranda ötən sutkada COVID-19-dan 157 nəfər ölüb Dünya

İranda ötən sutkada COVID-19-dan 157 nəfər ölüb

İranda ötən sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 157 nəfər ölüb.

APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.

Bununla da İranda koronavirusdan ölənlərin sayı 81 519 nəfərə yüksəlib.

İranda ötən sutka ərzində 10 598 nəfər koronavirusa yoluxub və infeksiyaya yoluxanların ümumi sayı 2 990 714 nəfərə çatıb.