Bir gündə üç yüz talibançı məhv edilib Dünya

Bir gündə üç yüz talibançı məhv edilib

Əfqanıstan təhlükəsizlik qüvvələri Kandahar, Herat, Nimroz və Helmand daxil olmaqla 16 əyalətdə əməliyyat keçirib.

"Xalq Cəbhəsi" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Əfqanıstan ordusu son bir gündə "Taliban" hərəkatının (bir sıra ölkələrdə qadağan edilmiş terror təşkilatı) 303 silahlısını məhv edib.

"Əfqanıstan ordusunun hərbi əməliyyatları nəticəsində son bir gündə" Taliban "dan olan üç yüz üç terrorçu məhv edilib, 125 nəfər yaralanıb", - deyə müdafiə idarəsindən bildiriblər.

Cavid