Mixail Saakaşvili: "DTX həbsxanaya köçürüləcəyim barədə şaiələr yayır" Dünya

Mixail Saakaşvili: "DTX həbsxanaya köçürüləcəyim barədə şaiələr yayır"

"DTX mənim Qoridən həbsxanaya qaytarılacağımla əlaqədar fəal şəkildə şayiələr yayır".

Bu barədə Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili sosial şəbəkə hesabında yazıb.

O, bütün bunların onu və fəalları şantaj etmək və diqqəti yayındırmaq üçün edildiyini bildirib.

Saakaşvilinin sözlərinə görə, qarşıdakı günlərdə mübarizə daha da şiddətlənəcək.

“Bu günlərdə DTX həkimlərin qəti şəkildə əleyhinə olmasına baxmayaraq, mənim Qoridən həbsxanaya qaytarılacağımla əlaqədar fəal şayiələr yayır.

Bütün bunlar, birincisi, məni və fəallarımızı şantaj etmək, ikincisi, diqqəti yayındırmaq, rejimin nəfəs almasına vaxt qazanmaq üçün edilir. Nika Melianın DTX-a tamamilə qeyri-qanuni və gülünc şəkildə çağırılması da buna xidmət edir.

Mən İvanişviliyə demək istəyirəm ki, məni hara aparmaq istəyirsən? Mən artıq işgəncələrə və qeyri-insani rəftara məruz qalmışam və siz daha məni təəccübləndirə bilməzsiniz.

Qarşıdakı günlərdə mübarizə daha da şiddətlənəcək və sizin məğlubiyyətinizə qədər dayanmayacaq. Yaxud gec olmadan milli barışığa gəlsəniz, bu, hamı üçün ən yaxşı həll yolu olar” - deyə üçüncü prezident yazıb.

Cavid