“Türkiyənin F-35-ə qayıdışı strateji balans tələb edir”
13 Dekabr 20:31
13 Dekabr 20:31
13 Dekabr 20:29
12 Dekabr 15:40
14 Fevral 2022 08:29
1 617
Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Cozef Baydenlə telefon danışığı zamanı onu Ukraynaya səfərə dəvət edib.
Bu barədə Ukrayna dövlət başçısının ofisinin iki ölkə liderləri arasında telefon danışığının yekunlarına dair məlumatında deyilir.
"Əminəm ki, vəziyyətin sabitləşməsi üçün həlledici olan yaxın günlərdə sizin Kiyevə gəlişiniz güclü siqnal olacaq və deeskalasiyaya töhfə verəcək", - Vladimir Zelenski bildirib.
Vurğulanır ki, söhbət zamanı tərəflər mövcud məlumatlar, onların qiymətləndirilməsi ilə bağlı mübadilə aparıb, gərginliyin azaldılması yollarını müzakirə ediblər.
İki ölkə liderləri sülh prosesinin və sabitliyin bərpası üçün siyasi və diplomatik səylərin davam etdirilməsinin vacibliyinə dair mövqelərin birliyini təsdiqləyiblər.
12 Dekabr 23:14
1 904
12 Dekabr 22:22
1 743
12 Dekabr 21:15
2 023