Türkiyədə ötən sutka koronavirusa 86 600 yoluxma halı qeydə alınıb Dünya

Türkiyədə ötən sutka koronavirusa 86 600 yoluxma halı qeydə alınıb

Türkiyədə son sutka ərzində yeni növ koronavirusdan (COVİD-19) 268 nəfər vəfat edib.

Bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirus infeksiyasının müəyyən edilməsi ilə əlaqədar 464 085 nəfər test edilib, 86 600 yeni yoluxma halı qeydə alınıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 95 526 nəfər sağalıb.