Azay Quliyev Şirvanda bu il ali məktəblərə yüksək balla qəbul olunmuş məzunları təbrik edib Hadisə

Azay Quliyev Şirvanda bu il ali məktəblərə yüksək balla qəbul olunmuş məzunları təbrik edib

Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkiliAzay Quliyev Şirvanda bu il ali məktəblərə yüksək balla qəbul olunmuş məzunlara həsr olunan tədbirdə onları təbrik edib.
Şuradan verilən məlumata görə, Şirvan şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalovun təşəbbüsü ilə keçirilən tədbirdə millət vəkili qeyd edib ki, Şirvan şəhərindən 36 məzunun 500-dən və 34 məzunun isə 600-dən çox bal toplayaraq respublikanın aparıcı universitetlərinə qəbul olunması çox sevindirici haldır və bu uğurlar prezident İlham Əliyevin təhsil sahəsində apardığı məqsədyönlü siyasətin nəticəsidir.
Azay Quliyev həmçinin başda məzunlar olmaqla əldə edilmiş uğurlarda payı olan hər kəsi - müəllimləri, məktəb direktorlarını, valideynləri təbrik edib və onlara belə yüksək nəticələr göstərdiklərinə görə təşəkkür edib.
Bundan başqa, Azay Quliyev 600-dən çox bal toplamış 34 məzuna hədiyyələr verib və onlara universitet illərində müvəffəqiyyətlər arzulayıb. Həmçinin millət vəkili 2014-2015-ci təhsil ilində əldə etdikləri nailiyyətlərə görə 16 nömrəli məktəbin direktoru Çingiz Şirəliyevə və 18 saylı məktəbin direktoru İsmayıl Yusubova təşəkkürnamə və hədiyyələr təqdim edib.
Daha sonra Şirvan şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalov 500-dən çox bal toplamış 36 məzuna hədiyyələr təqdim edib və onları təbrik edib.
Tədbir tanınmış müğənnilərin iştirak etdiyi konsert proqramı ilə davam edib.