17 Sentyabr 22:08
17 Sentyabr 21:35
17 Sentyabr 20:47
08:29
378
Koreya Respublikası hərbçilərinin Hörmüz boğazı regionuna göndərilməsi baş verərsə, bu, hərbi əməliyyatlarda iştirakla bağlı olmayacaq.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə ölkə prezidenti Li Çje Myon Seulda keçirilən mətbuat konfransı zamanı bildirib.
"Biz hərbçilərimizi müharibədə iştirak etmək və ya ona müdaxilə etmək üçün göndərməyəcəyik", - deyə dövlət başçısı vurğulayıb. Onun sözlərinə görə, Koreya Respublikası "digər ölkələr kimi" vətəndaşlarının və xam neft tədarükünün mühafizəsi üçün zəruri tədbirlər barədə düşünmək məcburiyyətindədir.
Prezident dəniz quldurlarına qarşı mübarizə üçün nəzərdə tutulan və Ədən körfəzi rayonunda fəaliyyət göstərən Koreya Respublikası Hərbi Dəniz Qüvvələrinin "Çxonxe" hərbi birləşməsini xatırladıb. "Bildiyiniz kimi, "Çxonxe" birliyi artıq Ədən körfəzi rayonunda dislokasiya olunub, onun vəzifəsi dəniz quldurluğu ilə mübarizə də daxil olmaqla, vətəndaşların təhlükəsizliyini təmin etməkdir. Biz həqiqətən də bu tədbirlərin gücləndirilməsini nəzərdən keçiririk", — deyə prezident bəyan edib.
"Görünür, hərbçilərin göndərilməsinin müharibəyə cəlb olunma, ona dəstək verilməsi və ya döyüş bölmələrinin göndərilməsi mənasına gələcəyi ilə bağlı narahatlıqlar var. Bir daha təkrar edirəm: müharibədə iştirak etmək üçün qoşun göndərilməsindən söhbət getmir", — deyə Li Çje Myon əlavə edib.
Məryəm Quliyeva