Elmar Məmmədyarov rusiyalı həmsədrlə görüşüb Hadisə

Elmar Məmmədyarov rusiyalı həmsədrlə görüşüb

XİN başçısı: "Ümid edirəm ki, Dağlıq Qarabağ danışıqları intensivləşəcək"

Xarici işlər naziri Elmar Məmmədyarov Moskvada ATƏT-in Minsk qrupunun Rusiyadan olan həmsədri İqor Popovla görüşüb.
APA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında bildirən nazir E. Məmmədyarov deyib ki, görüşdə "status kvo"nun qəbuledilməz olduğu bir daha vurğulanıb.
"Rusiya ilk növbədə çalışır ki, münaqişənin nizamlanmasında irəliləyiş olsun. Eyni zamanda növbəti aylarda hansı istiqamətdə danışıqların aparılacağını müzakirə etdik. Ümid edirəm ki, danışıqlar intensivləşəcək", - deyə nazir qeyd edib.
XİN rəhbəri bildirib ki, "status kvo" vəziyyəti tam şəkildə qəbuledilməzdir: "Ermənistan qoşunlarını işğal etdiyi Azərbaycan ərazilərindən çıxartmalıdır".