“İmpakt faktorlu jurnallarda ikili standartlar hökm sürür” Hadisə

“İmpakt faktorlu jurnallarda ikili standartlar hökm sürür”

Akademik: "Nizaminin Azərbaycan şairi olduğunu desək də, bizi eşitmirlər"

Nizami Gəncəvinin fars şairi kimi təqdim edilməsi cəhdləri hər zaman olub. Biz Nizaminin Azərbaycan şairi olduğunu desək də, bizi eşitmirlər. Bunu Azərbaycan Milli Elmlər Akademiyasının Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli Rəyasət Heyətinin dünən keçirilən iclasında çıxış edərkən deyib. T.Kərimli bildirib kİ, bu yaxınlarda Fransanın Sarbonna Universitetinin professoru tərəfindən elektron poçtuna məktub gəlib: "Orada da yazılırdı ki, Nizami fars şairidir, atası da Qum şəhərindədir. Mənə yazılır ki, niyə görə bunu şaxtalaşdırıb onu Azərbaycan şairi kimi təqdim edirsiniz? Biz deyirik ki, Nizami Azərbaycan şairidir, Gəncə də Azərbaycan şəhəridir. Nizaminin də əsərlərində Gəncəyə xüsusi məhəbbətin olduğu görünür. Amma buna əhəmiyyət verilmir".
T.Kərimli daha sonra qeyd edib ki, bütün bölmələr üçün ağrılı olan problem humanitar elmlər bölməsi üçün də xarakterikdir. Akademik-katib bildirib ki, cəmiyyətdə gənclər fundamental elmlərə maraq göstərmirlər. Bu da həmin sahəni büdcədən asılı edir. T.Kərimli digər problemin Azərbaycan gənclərinin ideologiyası ilə bağlı olduğunu söyləyib. Onun sözlərinə görə, impakt faktorlu jurnallarda ikili standartlar hökm sürür. Buna görə də impakt faktorlu jurnallar gənc alimlərin Azərbaycan gənclərinin ideologiyası ilə bağlı hazırladığı yazılara ya çox həvəssiz yanaşır, ya da heç maraq göstərmirlər. T.Kərimli təklif edir ki, bu səbəbdən də Azərbaycan özünün nəşr brendini yaratmalıdır. İngilis dilində muğam tədqiq edənlər yoxdur. İngilis dilində muğam tədqiq edən alimlər gəlirlər. Bizim alimlər onlarla ünsiyyət yarada bilmirlər. Magistr qəbulu zamanı bu mütləq nəzərə alınmalıdır. Bu gün xarici dil bilməyən alim çətinlik çəkit. Ona görə də bu nəzər alınmalıdır. T.Kərimli deyib ki, Azərbaycanda həqiqitən də alimlərin xarici dil bilikləri çox zəifdir. Bu istiqamətdə də işlər aparılmalıdır.