BQXK nümayəndələri azərbaycanlı girovlarla görüşüblər Hadisə

BQXK nümayəndələri azərbaycanlı girovlarla görüşüblər

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri ermənilərin Kəlbəcərdə girov götürdükləri azərbaycanlılara baş çəkiblər.
BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya bildirib ki, başçəkmə srağagün olub.
Qeyd edək ki, Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüb, digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə öldürülüb.
H. Həsənov Dağlıq Qarabağda dəfn edilib.