Qüdrət Həsənquliyev Xətai rayonunda seçiciləri ilə görüş keçirib
15 Noyabr 13:58
15 Noyabr 13:58
14 Noyabr 16:16
14 Noyabr 14:16
"Ədalət, şəffaflıq və ictimai nəzarət uğrunda fəaliyyətimizi davam etdirəcəyik” - QHT sədri
Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik sütunu üzərində daha da möhkəmlənir
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Polşa XİN rəhbəri: Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq
Politoloq: Azərbaycan–Özbəkistan tandemi TDT-ni regional güc mərkəzinə çevirir
24 Dekabr 2019 13:23
1 736
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin əməkdaşları tərəfindən gəncəli şair və nasir Möhsün Nəsirinin “Tutinamə”lər silsiləsinə daxil olan “Quş dili” əsəri yenidən nəşr olunub.
AMEA-dan bildirilib ki, kitabı nəşrə hazırlayan və “Ön söz”ün müəllifi professor Xəlil Yusiflidir.
Cavad xanın dövründə saraya yaxınlığı ilə tanınan Möhsün Nəsirinin əldə olunan yeganə “Lisan-üt-teyr”, yəni “Quş dili” əsəri Gəncə xanı Cavad xan Ziyadoğlu Qacarın sifarişi ilə qələmə alınıb. Əsər XVIII əsrdə ana dilimizdə yazılmış ilk klassik bədii nəsr nümunələrindəndir və burada şairin 130 beyt şeiri yer alıb. Əsərdə Nizami, Firdovsi, Hafiz, Sədi və digər sənətkarların şeirlərinə də rast gəlinir. "Lisan-üt-teyr"dəki hekayələrin çoxunda qadın və onun əxlaqından bəhs edilir, daxili saflıq, əxlaqi təmizlik kimi xüsusiyyətlərin insanın mənəvi keyfiyyətini müəyyən edən əsas amil olduğu bildirilir.
Əsər orta əsr Azərbaycan ədəbiyyatının tədqiqi, həmçinin Möhsün Nəsiri yaradıcılığının daha dərindən öyrənilməsi baxımınan dəyərli mənbədir.
15 Noyabr 16:55
1 729
14 Noyabr 19:54
2 163
14 Noyabr 19:10
2 296