Qüdrət Həsənquliyev Xətai rayonunda seçiciləri ilə görüş keçirib
15 Noyabr 13:58
15 Noyabr 13:58
14 Noyabr 16:16
14 Noyabr 14:16
"Ədalət, şəffaflıq və ictimai nəzarət uğrunda fəaliyyətimizi davam etdirəcəyik” - QHT sədri
Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik sütunu üzərində daha da möhkəmlənir
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Polşa XİN rəhbəri: Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq
Politoloq: Azərbaycan–Özbəkistan tandemi TDT-ni regional güc mərkəzinə çevirir
16 May 2020 15:53
1 981
Dövlət Turizm Agentliyi olaraq, hotelləri Sanitariya və Gigiyena Metodları və Normaları Proqramına (SAHMAN - Sanitation and hygiene methods and norms) qoşulmağı çağırırıq.
Trend-in məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin Turizm sənayesi və layihələrlə is sektorunun mudiri Günay Bayramova “Pandemiya dövründən sonra daxili turizmin inkişafı və region hotellərinin xüsusi hazırlığı" mövzusunda keçiriləcək online müzakirələrdə deyib.
Onun sözlərinə görə, SAHMAN proqramının mayın 31-dən sonra tətbiq edilməsinin nəzərdə tutulmasına baxmayaraq, artıq hotellər bu proqramının tələblərinə əməl etməyə başlayıblar:
“Artıq dünyada insanların səyahət üçün tələbləri, ehtiyacları dəyişir. Bu proqram turizm müəssisələrinin sanitar-gigiyenik tələblərə əməl etməsini nəzərdə tutur. Məqsəd Azərbaycanın turizm sənayesinin bütün halqalarında sanitar-gigiyenik tələblərə əməl etməyi təmin etməkdir. Biz hər kəsi buna məcburi etmək istəmirik. Buna görə də SAHMAN–a qoşulmaq könüllüdür".
G.Bayramova əlavə edib ki, müəssisələr bu proqrama qoşulmaqla sanitar tələblərə əməl etmək öhdəliyini götürürlər.
Agentlik rəsmisi qeyd edib ki, SAHMAN-a qoşulanlara müxtəlif istiqamətlər üzrə dəstək göstərilir. Proqrama qoşulan turizm müəssisələri üçün onlayn və ödənilsiz əsaslarla təlimlər keçirilir. Müəssisənin təlimdə iştirak edən işçisi SAHMAN meneceri olur.
G.Bayramova proqrama qoşulanlara marketinq dəstəyi göstəriləcəyini də söyləyib.
O qeyd edib ki, proqramda iştirak hər kəs üçün açıqdır:
"Hotellər, hətta hostellər, qonaq evləri bu proqrama qoşula bilərlər. Proqrama qoşulma ilə bağlı hər hansı tələb yoxdur, amma müəssisələr qoşulduqdan sonra müəyyn tələblərə əməl etmək lazımdır".
15 Noyabr 16:55
1 750
14 Noyabr 19:54
2 177
14 Noyabr 19:10
2 303