Qüdrət Həsənquliyev Xətai rayonunda seçiciləri ilə görüş keçirib
15 Noyabr 13:58
15 Noyabr 13:58
14 Noyabr 16:16
14 Noyabr 14:16
"Ədalət, şəffaflıq və ictimai nəzarət uğrunda fəaliyyətimizi davam etdirəcəyik” - QHT sədri
Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik sütunu üzərində daha da möhkəmlənir
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Polşa XİN rəhbəri: Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq
Politoloq: Azərbaycan–Özbəkistan tandemi TDT-ni regional güc mərkəzinə çevirir
24 May 2020 11:18
3 451
Bu gün xalqımız müqəddəs Ramazan bayramını qeyd edir.
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının fətvasına əsasən Ramazan ayı bu il Azərbaycanda miladi təqvimi ilə aprelin 25-də başlayıb.
Ramazan bayramında hər ailənin başçısı ailə üzvlərinin sayı qədər fitrə payı çıxarmalıdır. Qazılar Şurasının qənaətinə görə, bu günə uyğun olaraq adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür.
Koronavirus pandemiyasına görə hazırda Azərbaycanda məscidlər bağlıdır və bayram namazı qılınmayacaq. İnsanlar ailəsi ilə birlikdə evdə bayram namazı qıla bilər.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Ramazan bayramı münasibətilə xalqı təbrik ediblər.
Ramazan ayında oruc tutulması müsəlmanlara hicrətin ikinci (622-ci il) ili təyin edilib. Bu müqəddəs ay insanlara Allahı sevmək prinsiplərini öyrədir, onlara öz iradələrini, dözümlüyünü yoxlamaq imkanı verir, onları gözüaçıq, təmiz vicdanlı olmağa yönəldir.
Orucluq Ramazan ayında təzə Ay çıxandan başlanır və 29-30 gün davam edir. “Qurani-Kərim”də deyilir: “Yeyin, için, ta qara sap ağ sapdan seçilənədək, sonra qaranlıq düşənədək oruc tutun”. Orucluq İslamdan da əvvəl mövcud olub. Hələ qədim ərəblər öz Allahları rizasına oruc tuturdular. Bu barədə “Qurani-Kərim”də deyilir: “Sizlərə oruc tutmaq buyurulduğu kimi, bizdən əvvəlkilərə də buyurulmuşdur”.
Oruc Ramazan ayında tutulduğu üçün ona “Ramazan orucu” da deyirlər. İslamda Ramazan ilin ayları arasında ən şəfqətli və ən müqəddəs ay hesab edilir. Onu “on bir ayın sultanı” da adlandırırlar. Ramazan gecələrindən birində müsəlmanların müqəddəs kitabı “Qurani-Kərim” nazil olub. Həmin gecə “Qədr” və ya “Əhya” gecəsi adlanır.
Tanrı bütün tutulan orucları, qılınan namazları qəbul etsin.
Ramazan bayramınız mübarək olsun!
15 Noyabr 16:55
1 771
14 Noyabr 19:54
2 198
14 Noyabr 19:10
2 331