Qüdrət Həsənquliyev Xətai rayonunda seçiciləri ilə görüş keçirib
15 Noyabr 13:58
15 Noyabr 13:58
14 Noyabr 16:16
14 Noyabr 14:16
"Ədalət, şəffaflıq və ictimai nəzarət uğrunda fəaliyyətimizi davam etdirəcəyik” - QHT sədri
Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik sütunu üzərində daha da möhkəmlənir
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Polşa XİN rəhbəri: Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq
Politoloq: Azərbaycan–Özbəkistan tandemi TDT-ni regional güc mərkəzinə çevirir
3 İyun 2020 15:39
2 310
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) keçirilən Elmi Şurada 2019-2020-ci tədris ilinin yaz semestri üzrə təhsilalanların biliyinin qiymətləndirilməsi və yay imtahan sessiyasının təşkili barədə bir sıra qərarlar qəbul edilib. İnstitutdan verilən məlumata görə, cari ilin yaz semestri üzrə təhsilalanların biliyinin qiymətləndirilməsi zamanı onlayn dərslərdə iştirak edən tələbə və magistrantlar tədris əsnasında əldə etdikləri nəticələr əsasında qiymətləndiriləcək və onların dərslərdəki aktivliyi nəzərə alınacaq. Onlayn dərslərdə iştirak etməyən tələbələrin yaz semestri üzrə qiymətləndirilməsi onların yay imtahan sessiyasında toplayacaqları balların 2-yə vurulması ilə həyata keçiriləcək.
Bakalavriat səviyyəsi üzrə II tədris ilində təhsil alan tələbələr kurs işi yazmaq tələbindən azad edilirlər. Buraxılış kurslarının tələbələri də təcrübə və buraxılış işi yazmaq tələbindən azad ediləcək, onların təcrübə işlərinin qiymətləndirilməsi və yekun attestasiya nəticələri təhsil müddətində əldə etdikləri nəticələrə (ÜOMG-yə) əsasən aparılacaq. Akademik borcu ikidən çox olmayan buraxılış kurslarının tələbələrinə fənni dinləmədən imtahan vermək üçün şərait yaradılacaq.
Magistr dissertasiyalarını müdafiə etməyə hazırlaşan magistrantlar məqalə nəşr etdirmək tələbindən azad ediləcəklər. Magistr dissertasiyalarının müdafiəsi İxtisaslaşdırılmış Şurada Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən hazırlanmış “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki göstərişlər”ə riayət olunmaqla ənənəvi formada təşkil ediləcək. Mürəkkəb, eləcə də geniş şərhlər tələb edən mövzuların imtahan materiallarına daxil edilməməsi və imtahan suallarının ümumi sayının azaldılması tövsiyə olunaraq 2019-2020-ci tədris ilinin yay imtahan sessiyasının onlayn formada, əsasən şifahi şəkildə keçirilməsi qərara alınıb.
Qeyd edək ki, COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi 3 mart 2020-ci ildən dayandırılıb. 2019-2020-ci tədris ilinin yay imtahan sessiyasının təşkili və keçirilməsi Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən ali təhsil müəsisələrinə tapşırılıb.
15 Noyabr 16:55
1 694
14 Noyabr 19:54
2 142
14 Noyabr 19:10
2 282