Qüdrət Həsənquliyev Xətai rayonunda seçiciləri ilə görüş keçirib
15 Noyabr 13:58
15 Noyabr 13:58
14 Noyabr 16:16
14 Noyabr 14:16
"Ədalət, şəffaflıq və ictimai nəzarət uğrunda fəaliyyətimizi davam etdirəcəyik” - QHT sədri
Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik sütunu üzərində daha da möhkəmlənir
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Polşa XİN rəhbəri: Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq
Politoloq: Azərbaycan–Özbəkistan tandemi TDT-ni regional güc mərkəzinə çevirir
13 İyul 2020 17:43
2 506
Mövcud vəziyyətdə yalnız COVİD-ə deyil, qripə və digər respirator infeksiya xəstəliklərinə yoluxanlar da həkim müşahidəsi altında saxlanılmalıdırlar.
Bunu Trend-ə COVİD-19-la mübarizədə yaranan problemlərin aradan qaldırılması üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə yardım etmək üçün Səhiyyə Nazirliyi tərəfindən yaradılmış işçi qrupunun üzvü Nabil Seyidov deyib.
Onun sözlərinə görə, COVİD-19-a xas olan simptomların müşahidə edildiyi, amma PSR test nəticəsinin neqativ çıxdığı xəstələr koronavirusa yoluxma şübhəsi olan xəstələr kimi qəbul edilməli, onlar üçün bütün qoruyucu tədbirlər görülməlidir.
N.Seyidov bildirib ki, COVİD-19-a xas olan simptomlara oxşar əlamətlərin müşahidə edildiyi xəstələr qripə, digər respirator infeksiya xəstəliklərinə də yoluxmuş ola bilərlər:
“Mövcud vəziyyətdə bizim narahat olduğumuz ilk məsələ koronavirusdur. Ona görə belə xəstələrin vəziyyəti müşahidə altında saxlanılmalıdır. Həmin şəxslər tibbi maskadan istifadə edərək ailə üzvlərini və ətrafdakılarını qorumalıdır. Onlardan təkrar analizlər götürülməlidir. Amma bu dəfə udlaqdan deyil, daha dərindən - traxeyadan götürülməlidir. Bu halda analizlərin nəticələri udlağa nisbətən daha dəqiq olsa da, yenə də 100 faiz dəqiq olmur".
N.Seyidov əlavə edib ki, COVİD-19, qrip və ya digər respirator xəstə olub-olmamasından asılı olmayaraq, vəziyyəti orta ağır və ağır olan bütün xəstələr tibb müəssisələrində müalicə edilməlidir:
"Onlarla COVİD riski olan xəstələr kimi davranılmalıdır. Çünki testin nəticəsinin mənfi olması koronaviurusun 100 faiz olmadığını təsdiq etmir".
15 Noyabr 16:55
1 631
14 Noyabr 19:54
2 072
14 Noyabr 19:10
2 219