Qüdrət Həsənquliyev Xətai rayonunda seçiciləri ilə görüş keçirib
15 Noyabr 13:58
15 Noyabr 13:58
14 Noyabr 16:16
14 Noyabr 14:16
"Ədalət, şəffaflıq və ictimai nəzarət uğrunda fəaliyyətimizi davam etdirəcəyik” - QHT sədri
Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik sütunu üzərində daha da möhkəmlənir
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Polşa XİN rəhbəri: Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq
Politoloq: Azərbaycan–Özbəkistan tandemi TDT-ni regional güc mərkəzinə çevirir
17 İyul 2020 11:36
2 345
İlyas Hüseynov: “Yoluxma dinamikasında artımın olması ehtimalı var”
“İyulun 14-də keçirilən aksiya bir sıra məqamları ilə diqqət çəkdi. Hər şeydən öncə qeyd etmək istəyirəm ki, yürüşün əsas məqsədi xalqın ordu ilə həmrəyliyini nümayiş etdirmək və şəhidlərimizin qanının yerdə qalmayacağını bütün dünyaya göstərmək idi. Bu məqsədə nail olunduğunu söyləyə bilərik”. Bunu “Xalq Cəbhəsi”nə açıqlamasında politoloq İlyas Hüseynov deyib. O bildirib ki, bu aksiyada bir sıra nöqsanlar da oldu: “Bu sıraya qlobal pandemiyanı aid edə bilərik. COVİD-19 pandemiyasının hələ məhdudlaşdırılmadığı, yoluxma hallarının yüksək olduğu bir vaxtda aksiyaların keçirilməsi, minlərlə insanın bu aksiyalara qoşulması virusun daha geniş yayılması və insanların həyatını təhlükəyə düşməsi üçün əlverişli şərait yaratdı. İyulun 14-də keçirilən aksiyada distansiyanın gözlənməməsi, tibbi maskadan istifadə olunmaması, insanlar arasında sıx təmaslar adi hala çevrildi. Belə bir mənzərə yarandı ki, dövlət tərəfindən atılan addımların üstündən xətt çəkildi. Yaxın günlərdə testlər nəticəsində koronavirus COVİD-19-a yoluxma saylarının artması olsa, heç də təəccüblənməməliyik”.
O, əlavə edib ki, buna görə də pandemiyanı nəzərə almaq lazımdır: “Çünki bu virus hələ tam olaraq qeyb olmayıb və təhlükə soyuşmayıb. Sosial məsafə və gigiyena qaydalarına əməl etmək tələb olunur. Dövlət öz tərəfindən bütün tədbirləri həyata keçirir və heç bir halda bu tədbirləri kölgə altına qoymaq olmaz.
Vətəndaşların kütləvi şəkildə həlak olmuş hərbçilərimizin yaşadığı ünvanlara toplaşması və onların yaxınlarını ziyarət etməsi, dəfn mərasimlərində müşahidə olunan kütləvilik virusun yayım sürətini daha da artırır. Bu vəziyyətdə yoluxma dinamikasında artımın olması ehtimalı var.
İnsanların kütləvi şəkildə toplanması və şəhid hərbçilərimizin yas mərasimlərinə qatılması, həmin yerlərdə hərbçilərlə zabitlərlə sıx təmasları ordu üçün ciddi təhlükəyə çevrilə bilər”.
Əli Zülfüqaroğlu
15 Noyabr 16:55
1 694
14 Noyabr 19:54
2 142
14 Noyabr 19:10
2 282