Nəqliyyat Nazirliyi gediş haqlarının artırılmasında israrlıdır Hadisə

Nəqliyyat Nazirliyi gediş haqlarının artırılmasında israrlıdır

Tarif Şurası: İctimai nəqliyyatda gediş haqqının artırılması ilə bağlı heç bir müraciət daxil olmayıb

"Nəqliyyat Nazirliyi 4-5 ay bundan əvvəl Tarif Şurasına ictimai nəqliyyatda gediş haqqının artırılması ilə bağlı müraciət edib".
Bu barədə "APA-Economics"ə Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat İdarəsinin Bakı Regional şöbəsinin rəis müavini Əmrah Cəfərov bildirib.
Ə. Cəfərov sözlərinə görə, nazirlik "əsaslandırılmış şəkildə" müxtəlif nəqliyyat mütəxəssislərinin fikirlərini nəzərə alaraq bəzi nəqliyyat xətlərində marşrutların gediş haqlarını qaldırıb.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev isə "APA-Economics"ə bildirib ki, Nəqliyyat Nazirliyi tərəfindən Tarif Şurasına ictimai nəqliyyatda gediş haqqının artırılması ilə bağlı 4-5 ay əvvəl müraciət daxil olub. "Həmin dövrdə müraciətə baxılaraq müvafiq qərar verilib".
O, həmçinin əlavə edib ki, yaxın günlərdə Tarif Şurasına ictimai nəqliyyatda gediş haqqının artırılması ilə bağlı heç bir müraciət daxil olmayıb.