Qüdrət Həsənquliyev Xətai rayonunda seçiciləri ilə görüş keçirib
15 Noyabr 13:58
15 Noyabr 13:58
14 Noyabr 16:16
14 Noyabr 14:16
"Ədalət, şəffaflıq və ictimai nəzarət uğrunda fəaliyyətimizi davam etdirəcəyik” - QHT sədri
Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik sütunu üzərində daha da möhkəmlənir
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Polşa XİN rəhbəri: Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq
Politoloq: Azərbaycan–Özbəkistan tandemi TDT-ni regional güc mərkəzinə çevirir
17 Sentyabr 2020 18:15
2 170
“General Əliağa Şıxlinski” gəmisinin təmir işləri uğurla başa çatıb.
Bu barədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən bildiriblər. Qeyd edilib ki, ASCO-nun 600 ton yükqaldırma gücünə malik kranı olan “General Əliağa Şıxlinski” gəmisinin təmir işləri “Bibiheybət” Gəmi Təmiri Zavodunda yerinə yetirilib.
Təmir müddətində pər-sükan qurğuları elektrik mühərrikləri ilə birlikdə, 600 tonluq kran qolu (strela) demontaj olunaraq çıxarılıb və əsaslı təmirdən sonra yerinə quraşdırılıb. Kranın bütün burazları dəyişdirilib, yük göyərtəsi və üst tikili təmizlənərək rənglənib. Eyni zamanda digər maşın və mexanizmlərə baxış keçirilib və lazım olan texniki xidmət göstərilib.
İşlər başa çatdıqdan sonra gəminin kran qurğusunun sınaq işləri aparılıb və uğurla başa çatıb. Mexanizm və elektrik avadanlıqlarının hərəkətdə yoxlanılması məqsədilə gəmi dəniz sınağına çıxarılıb. Müvəffəqiyyətlə başa çatan sınaq işlərindən sonra gəmi Registr təsnifatı nümayəndələrinə təhvil verilib.
“General Əliağa Şıxlinski” kran gəmisi dənizdə neft və qazçıxarma obyektlərinin tikintisində fəal iştirak edib və hazırda da xidmətini davam etdirir. Bu gəminin uzunluğu 141.4, eni 54.5 metrdir. Gəmi 3×2510 at gücünə malik sükan-pər qurğuları ilə (VRK) təchiz olunub.
15 Noyabr 16:55
1 694
14 Noyabr 19:54
2 142
14 Noyabr 19:10
2 282

