Dövlət başçısı Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib Hadisə

Dövlət başçısı Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib

Dekabrın 12-də Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət ediblər.
APA-nın məlumatına görə, mərasimə Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Milli Məclisin deputatları, nazirlər, komitə, şirkət və idarələrin rəhbərləri, respublika ictimaiyyətinin nümayəndələri də qatılıblar. Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarı önünə əklil qoyub. Azərbaycanın dövlət himni səslənib. Dövlət başçısı və xanımı görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da məzarı üzərinə gül dəstələri qoyublar. Tanınmış dövlət xadimi Əziz Əliyev və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.