Ötən ay iki cərrahın ixtisasına uyğun olmayan plastik əməliyyatlar apardığı aşkarlanıb
Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
"Azərbaycan İsrailin Qəzzada etdiklərinə heç vaxt haqq qazandırmayıb"-Qüdrət Həsənquliyev
Maqsud Fərzullayev: Məqsədimiz Formula 1-in nəqliyyata təsirini minimuma endirməkdir
UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün İtaliyanın qonağı olacaq
22 Yanvar 2021 11:18
2 268
İnzibati həbs tətbiq edilməsi qaydasına dəyişiklik edilir.
Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif edilir.
Dəyişikliyə əsasən, inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq ediləcək.
Qüvvədə olan İnzibati Xətalar Məcəlləsinə görə, yalnız müstəsna hallarda inzibati həbs tətbiq edilməsi nəzərdə tutulurdu.
Qeyd edək ki, Məcəllənin Xüsusi hissəsinə sağlamlıq, siyasi, sosial və əmək hüquqları, əhalinin sanitariya-gigiyena və sanitariya-epidemioloji salamatlığı qaydaları, mülkiyyət əleyhinə olan inzibati xətalar, ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları, sənaye, elektrik və istilik enerjisindən istifadə qaydaları, damazlıq, baytarlıq-sanitariya qaydaları, hava, dəniz, çay, avtomobil, dəmir yolu nəqliyyatında və metropolitendə olan qaydalar, yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, rabitə qaydaları, informasiyadan istifadə edilməsi, onun yayılması və mühafizəsi qaydaları, yaşayış sahələrindən istifadə, şəhərsalma, tikinti və abadlaşdırma qaydaları, iqtisadi fəaliyyət qaydaları, ticarət qaydaları, vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları, gömrük qaydaları, ictimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat, idarəçilik qaydaları, hərbi uçot, hərbi qeydiyyat və səfərbərlik qaydaları əleyhinə olan inzibati xətalar və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar inzibati xətalar daxildir.
12:18
315
11:38
399
11:20
434