“Türk axını”nda çoxlu problemli məqamlar var Hadisə

“Türk axını”nda çoxlu problemli məqamlar var

Kənan Yavuz: "Türkiyə regionun yeni enerji qovşağı olacaq"

Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar Moskvanı vəziyyətdən çıxmaq üçün alternativ yollar axtarmağa məcbur edir. Belə variantlardan biri yeni "Türkiyə axını" layihəsidir. Trend cümə günü "Gazetevatan"a istinadən xəbər verir ki, bu barədə "SOCAR Turkey Enerji"nin (ARDNŞ-nin Türkiyədəki bölməsi) rəhbəri Kənan Yavuz bildirib.
Onun sözlərinə görə, bu layihədə çoxlu sual doğuran məqamlar var. Yavuz həmin məqamları spekulyativ adlandıraraq söhbətin konkret nədən getdiyini dəqiqləşdirməyib.
K.Yavuz bildirib ki, ona hazırda Ankara ilə müzakirə olunan "Türkiyə axını" layihəsinin detalları barədə heç nə məlum deyil.
Onun sözlərinə görə, yeni qaz kəmərinin tikintisi layihəsinin reallaşdırılması həm Türkiyə, həm də Rusiya üçün sərfəlidir: "Bu layihə reallaşarsa, Türkiyə regionun yeni enerji qovşağı olacaq".
Məlumat verildiyi kimi, Rusiya Prezidenti Vladimir Putin Türkiyədə danışıqlar zamanı bildirib ki, Bolqarıstanın mövqeyi ilə bağlı Rusiya "Cənub axını" qaz kəmərinin tikintisi layihəsinin reallaşdırılmasını dayandırır.