Bakıda daha bir polis rəisi işdən çıxarılıb Hadisə

Bakıda daha bir polis rəisi işdən çıxarılıb

Bakıda daha bir polis rəisi işdən çıxarılıb. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Bakı Metropolitenin Mühafizəsi üzrə Polis Şöbəsinin rəisi Əflatun Həsənov öz raportu əsasında işdən azad edilərək sərəncama götürülüb.
Hazırda onun vəzifəsini şöbənin rəis müavini icra edir.