Bələdiyyə qulluğuna qəbul qaydaları dəyişdirilir Hadisə

Bələdiyyə qulluğuna qəbul qaydaları dəyişdirilir

Azərbaycanda bələdiyyə qulluğuna qəbul qaydaları dəyişdirilir. APA-nın məlumatına görə, bununla bağlı Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında "Bələdiyyə qulluğu haqqında" qanuna yeniliklər müzakirəyə çıxarılıb. Layihəyə əsasən, qanunun 5-ci maddəsinin ikinci hissəsində "bələdiyyənin sədri birbaşa təyin edir" sözləri "bələdiyyənin müsabiqə komissiyasının qiymətləndirməsinin nəticəsinə uyğun olaraq bələdiyyənin sədri təyin edir" sözləri ilə əvəz edilib. A.Rəhimzadə dəyişikliyi şərh edərək bildirib ki, bununla artıq bələdiyyə orqanına qəbulla bağlı qərarı bələdiyyə sədri verməyəcək, yeni yaradılacaq komissiya verəcək. O qeyd edib ki, bu düzəliş bələdiyyələrdə şəffaflığın artırılmasını və bələdiyyələrlə seçicilər arasında əlaqələrin daha da möhkəmləndirilməsini təmin edəcək. Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.