“Erməni psixologiyası” kitabı təqdim edilib Hadisə

“Erməni psixologiyası” kitabı təqdim edilib

Dünən Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunda bu elm müəssisəsinin yeni nəşri olan "Erməni psixologiyası" kitabının təqdimatı keçirilib.
Tədbirdə institut direktorunun elmi işlər üzrə müavini Lalə Əhmədova erməni psixologiyasının əsil mahiyyətini üzə çıxaran kitabın məziyyətlərindən, aktual mövzuya həsr olunmasından söz açıb.
Bildirilib ki, altı bölmədən ibarət kitabın müəllifi İnstitutun əməkdaşı, tanınmış jurnalist Eldəniz Elgün, "Ön söz"ün müəllifi institutun direktoru, hüquq elmləri doktoru, Milli Məclisin deputatı Aytən Mustafayevadır.
Tədbirdə çıxış edənlər ermənilərin psixologiyası, onların aqressiv ünsiyyətləri, tarixi həqiqətlərin saxtalaşdırılmasında xüsusi ustalıqları və digər məsələlərdən danışıblar.