11 Noyabr 23:45
11 Noyabr 23:42
11 Noyabr 23:33
1 İyun 2021 11:33
2 135
Vətən Müharibəsi iştirakçılarının uşaqları məktəbəqədər təhsil müəssisəsinə ilk növbədə qəbul edilə bilər.
Trend-in məlumatına görə, dövlət məktəbəqədər təhsil müəssisəsinə ilk növbədə qəbul edilən uşaqların əhatə dairəsi genişləndirilir.
Bu barədə “Məktəbəqədər təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qeyd edək ki, hazırda qüvvədə olan qanuna görə, dövlət məktəbəqədər təhsil müəssisəsinə, ilk növbədə, şəhid ailələrinin, Qarabağ müharibəsi iştirakçılarının və bununla əlaqədar əlilliyi olan şəxslərin, tək işləyən valideynlərin, I və II dərəcə əlilliyi olan şəxslərin, hərbi xidmətdə olan valideynlərin, təhsilalan anaların uşaqları, çoxuşaqlı ailələrdən olan uşaqlar, qəyyumluqda olan uşaqlar qəbul edilirlər.
Bu kateqoriyaya Vətən Müharibəsi iştirakçılarının uşaqlarının da daxil edilməsi təklif olunur.
11 Noyabr 22:16
616
11 Noyabr 22:02
644
11 Noyabr 21:27
651