Tramp: ABŞ İrandakı əməliyyatı 70-75% tamamlayıb
15 May 16:37
25 İyul 2019 12:39
2 786
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 2 avqust 2019-cu il tarixində saat 18:00-da Nizami Kino Mərkəzində Milli Kino Gününə həsr olunmuş yubiley tədbiri keçiriləcək.
Mədəniyyət və incəsənət xadimlərinin, kino ictimaiyyətinin və həvəskarlarının iştirak edəcəyi mərasimdə dövlət studiyalarında son illər ərzində görülmüş işlər haqqında video-çarxlar vasitəsilə məlumatın verilməsi və bir qrup kino xadiminin mükafatlandırılması nəzərdə tutulub.
Tədbirdə, həmçinin dövlət sifarişi ilə istehsal olunmuş, gənc rejissorlar Kamal Yaşarın “Dan yeli”, Pərviz Həsənovun “Soraq”, eləcə də Orxan Ağazadənin müstəqil şəkildə çəkdiyi “Oturacaqlar” qısametrajlı bədii filmləri nümayiş etdiriləcək.
15 May 17:01
1 232
15 May 10:57
1 288
15 May 09:08
1 365