Qüdrət Həsənquliyev Xətai rayonunda seçiciləri ilə görüş keçirib
15 Noyabr 13:58
15 Noyabr 13:58
14 Noyabr 16:16
14 Noyabr 14:16
"Ədalət, şəffaflıq və ictimai nəzarət uğrunda fəaliyyətimizi davam etdirəcəyik” - QHT sədri
Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik sütunu üzərində daha da möhkəmlənir
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Polşa XİN rəhbəri: Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq
Politoloq: Azərbaycan–Özbəkistan tandemi TDT-ni regional güc mərkəzinə çevirir
9 Avqust 2019 16:01
2 562
Mədəniyyət naziri Əbülfəs Qarayev avqustun 8-də Salyan rayonunda vətəndaşlarla görüşündən sonra mətbuata açıqlama verib. Nazir ölkə başçısının tapşırığına uyğun olaraq, hər ay bölgələrdə vətəndaşların qəbulunun keçirildiyini bildirib. Qeyd olunub ki, görüşlərdə vətəndaşlar tərəfindən qaldırılan məsələlər ümumilikdə mədəniyyətimizin inkişafına xidmət edir. Həmçinin bu görüşlər sakinləri narahat edən məsələlərin operativ şəkildə həll olunmasına şərait yaradır: “Bugünkü qəbulda da bir neçə mühüm məsələ diqqətə çatdırıldı. Bunların sırasına ölkəmizin mədəni irsinin qorunması, bərpası, yeni aşkar olunmuş abidələrin dövlət tərəfindən qorunan daşınmaz tarix və mədəniyyət abidələri siyahısına salınması, mühafizəsinin təşkili, Salyan rayonunda yerləşən bir sıra mədəniyyət müəssisələrinin maddi-texniki vəziyyətinin yaxşılaşdırılması kimi məsələlər daxildir. Sevindirici haldır ki, vətəndaşlarımız yerlərdə mədəni xidmətlərin daha da təkmilləşdirilməsini zəruri hesab edir, bu istiqamətdə təşəbbüskarlıq göstərirlər.
Nazir deyib ki, Salyan rayonu Azərbaycanın mədəniyyət və ədəbiyyatına görkəmli şəxsiyyətlər bəxş edib: “Onların arasında Əli bəy Hüseynzadə kimi qüdrətli mütəfəkkir, eləcə də bəstəkarlar, ədiblər var. Bu baxımdan rayonda muzey işinin gücləndirilməsi, dahi şəxsiyyətlərin fəaliyyətinin daha dolğun təbliği istiqamətində addımlar atılır”. Nazir vurğulayıb ki, vətəndaşların bütün müraciətləri nəzərdən keçiriləcək və onların həlli istiqamətində müvafiq addımlar atılacaq. Əbülfəs Qarayev daha sonra Salyan şəhər Qulu Əsgərov adına Uşaq incəsənət məktəbində aparılan təmir-bərpa işləri ilə tanış olub. Nazir görülən işlərlə əlaqədar tapşırıq və tövsiyələrini verib.
15 Noyabr 14:03
1 855
14 Noyabr 17:50
2 296
14 Noyabr 14:25
2 086