Qüdrət Həsənquliyev Xətai rayonunda seçiciləri ilə görüş keçirib
15 Noyabr 13:58
15 Noyabr 13:58
14 Noyabr 16:16
14 Noyabr 14:16
"Ədalət, şəffaflıq və ictimai nəzarət uğrunda fəaliyyətimizi davam etdirəcəyik” - QHT sədri
Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik sütunu üzərində daha da möhkəmlənir
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Polşa XİN rəhbəri: Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq
Politoloq: Azərbaycan–Özbəkistan tandemi TDT-ni regional güc mərkəzinə çevirir
3 İyul 2020 14:16
27 230
Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən “Zoom” proqramı vasitəsilə “Dədə Qorquddan qalan miras - aşıq sənəti” mövzusunda beynəlxalq elmi-praktik videokonfrans keçirilib. Konfransa Azərbaycan, Türkiyə, Qazaxıstan, İran və Qırğızıstandan olan saz-söz dünyasının elm adamları qoşulub. Bu barədə Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzindən məlumat verilib.
Azərbaycan ərazisində tarixən Gəncəbasar, Borçalı, Göyçə, Ağbaba-Çıldır, Dərələyəz, Təbriz, Urmiya, Şirvan kimi aşıq mühitləri formalaşıb. Bu baxımdan “Dədə Qorquddan qalan miras - aşıq sənəti” mövzusunda konfransın təşkili böyük əhəmiyyət kəsb edir. Konfrans çərçivəsində aşıq sənətinin gənclər arasında təbliği yolları, birgə layihələr və dünyada mövcud nəzəri yanaşmalar ətrafında geniş fikir mübadiləsi aparılıb.
Videokonfransda “Azərbaycan aşıq sənətində Şirvan mühitinə dair”, “Qarabağ aşıq mühitinin özəllikləri”, “Təbriz-Qaradağ aşıq mühitinin ustad-şagird ənənəsi”, “Ünlü Qars aşığı: aşıq Şenlik Baba haqqında”, “Sulduz aşıq mühiti haqqında” və digər mövzularda məruzələr dinlənilib.
Xatırladaq ki, Azərbaycan, Türkiyə və Qazaxıstanın birgə təqdimatına əsasən “Dədə Qorqud irsi: dastan mədəniyyəti, xalq nağılları və musiqisi” 2018-ci ildə türk dünyasının mədəniyyət nümunəsi kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Sözügedən türk folklor abidəsinin din, əxlaq, məişət, fəlsəfə və sair təzahür formalarından danışan məruzəçilər gələcəkdə tədqiqat potensiallarının səfərbər olmasına dair razılığa gəliblər.
Onlayn tədbirdə türk dünyasının alim və sənət adamların türk birliyinin qorunması və yaşadılması üçün birgə layihələr reallaşdırması zərurəti də vurğulanıb. Qeyd edək ki, mövcud istiqamətdə Mərkəz tərəfindən artıq bir neçə yerli və beynəlxalq layihələr həyata keçirilib. Bu baxımdan AMEA-nın Folklor İnstitutu ilə əməkdaşlıq çərçivəsində təşkil olunmuş bir sıra seminar və konfranslar sırasında Gədəbəy rayonunda keçirilmiş “Aşıq sənətinin fəlsəfəsi: müasirlik və ənənələr” mövzusunda konfrans xüsusi qeyd olunmalıdır. “Dədə Qorquddan qalan miras - aşıq sənəti” mövzusunda beynəlxalq elmi-praktik videokonfransın sonunda iştirakçılara elektron sertifikatlar təqdim edilib.
15 Noyabr 14:03
1 890
14 Noyabr 17:50
2 338
14 Noyabr 14:25
2 121