Mərkəzi Bankdan banklara xəbərdarlıq İqtisadiyyat

Mərkəzi Bankdan banklara xəbərdarlıq

"Banklar xarici valyuta məzənnələrinin müəyyən olunmasına ciddi nəzarət etməlidir"
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin bugünkü qərarı ilə nağd və qeyri-nağd mübadilə əməliyyatları zamanı milli valyutanın xarici valyutaya, habelə xarici valyutaların mübadilə məzənnəsi hədlərini həmin gün üçün AMB-nin rəsmi məzənnəsindən +/-4% məbləğində (xarici valyutanın alış məzənnədən maksimum 4%-dək aşağı, satış məzənnəsi isə rəsmi məzənnədən maksimum 4%-dək yuxarı) müəyyən edilib.
Bu barədə AMB-nin ölkədə fəaliyyət göstərən bütün banklara və poçt rabitəsinin milli operatoruna ("Azərpoçt" MMC) ünvanladığı məktubda qeyd edilib.
"Qeyd olunanlarla əlaqədar, banklar və onların struktur bölmələri tərəfindən xarici valyuta məzənnələrinin müəyyən olunması zamanı Mərkəzi Bank tərəfindən tətbiq edilmiş limitə riayət edilməsinə ciddi nəzarət olunmalıdır", - deyə məktubda qeyd edilib.