“Caspian Oil & Gas 2017” sərgisinə 289 şirkət qatılacaq İqtisadiyyat

“Caspian Oil & Gas 2017” sərgisinə 289 şirkət qatılacaq

31 may-3 iyun tarixlərində Bakıda Xəzəryanı regionda energetika sektorunun ən böyük tədbiri olan 24-cü Beynəlxalq Xəzər Neft və Qaz "Caspian Oil & Gas 2017" sərgi və 7-ci Beynəlxalq Alternativ və Bərpa Olunan Enerji üzrə"Caspian Power" konfransı keçiriləcək. Bu il "Caspian Oil & Gas 2017" sərgi və konfransının VİP səviyyəli qonaqları arasında Robin Dunnigan, Enerji siyasəti üzrə katib köməkçisinin müavini, Energetika Bürosu (ABŞ), Joze Maria Botelho de Vaskonselos, Neft Naziri, Anqola, Yulian-Robert Tudoraçe, Energetika nazirinin müavini, Rumıniya və digər şirkətlərin yüksək rütbəli qonaqları iştirak edəcəklər.
Sərgidə dünyanın 30 ölkəsini təmsil edən 289 şirkət iştirak edir və bu ölkələr arasında Azərbaycan, ABŞ, Belarus, Belçika, İspaniya, İtaliya, Qazaxıstan, Çin, Niderland Krallığı, Polşa, Yaponiya və digər ölkələr. İtaliya sərgidə öz milli pavilyonu ilə iştirak edəcək. İştirakçıların ümumi sayının 15%-nı təşkil edən debütantlar arasında ABŞ, Böyük Britaniya, Rumıniya və digər ölkələri təmsil edən şirkətlər yer alır.
Şirkətlər sərgidə neft hasilatı, enerji daşıyıcılarının nəqli, neft-qaz saxlama sistemlərinin təmin edilməsi, habelə platformalar və üzən qazma qurğuları, eləcə də boruların çəkilməsi və boru xətlərinin təhlükəsizlik sistemlərinin təmin edilməsi ilə yanaşı, texniki qulluq (servis) xidmətləri üzrə avadanlıqlar, xidmətlər və innovativ texnologiyaların geniş çeşidini təqdim edirlər. Bir sıra ekspozisiyalar yanacağın təmizlənməsi və xammaldan istifadə üçün hazır məhsulların istehsalı üzrə texnologiyalara həsr olunub. Sərgidə böyük sahəni kimya sənayesi üçün xammal təklif edən şirkətlər tutur.
Bundan başqa, "Caspian Oil & Gas" beynəlxalq konfransı aparıcı şirkətlərin rəhbər menecerlərini, habelə sahə nazirliklərinin nümayəndələrini və nüfuzlu ixtisas ekspertlərini vahid müzakirə meydançasında bir araya gətirən neft-qaz forumu bu sənaye sahəsinin inkişafı üzrə aktual məsələlər haqqında fikir mübadiləsi üçün imkan yaradır. Konfransda dünyanın 30 ölkəsini təmsil edən 400 nəfərə yaxın nümayəndə iştirak edəcək. Dünyanın müxtəlif ölkələrindən 40 nəfərdən çox natiq, o cümlədən aparıcı ekspertlər, dövlət strukturlarının nümayəndələri, iri neft-qaz şirkətlərinin rəhbərləri aşağı neft qiymətləri şəraitində enerji daşıyıcılarının hasilatı, idarə olunması və nəqli üzrə əsas məsələlər xüsusunda məruzələrlə çıxış edəcəklər. "Caspian Oil & Gas" sərgisini müşayiət edən konfransda regionun aktual sualları müzakirə olunacaq. Plenar sessiyanın mövzusu "Azərbaycanın dünya enerji bazarında rolu, aparıcı layihələrin cari vəziyyəti və strateji inkişaf perspektivləri" olacaq. Sonra isə günümüzdə "Əsas operatorların "onşor" (sahil) və "ofşor" (dəniz) yataqlarının işlənməsi üzrə planları. Neft-qaz layihələrinin reallaşdırılmasına dair beynəlxalq əməkdaşlığın genişləndirilməsi"; "Azərbaycanda neft emalı və neft–kimya sənayelərinin cari vəziyyəti və inkişafı"; "Neft və qazın Xəzər regionundan diversifikasiyalı nəqli. Azərbaycan - Xəzər regionunun nəqliyyat-logistika qovşağı"; "Kəşfiyyat və hasilat əməliyyatları üzrə məsrəflərin optimallaşdırılması və səmərəliliyin artırılması üçün qabaqcıl texnologiyaların tətbiqi"; "Kadrların hazırlanmasında rəqəmsal texnologiyaların effektiv rolu"; "Ekoloji və sənaye təhlükəsizliyinin təmin edilməsi" kimi aktual olan mövzuların diskussiyası keçiriləcək.
Məruzəçilər arasında energetika naziri Natiq Əliyev, Rumıniyanın energetika nazirinin müavini Yulian-Robert Tudoraçe, SOCAR prezidenti Rövnəq Abdullayev, BP Azərbaycan – Gürcüstan – Türkiyə regional prezidenti Qari Cons, Besim Şişman, "TP" ("Türkiye Petrolleri") şirkətinin baş icraçı direktoru və prezidenti, Lars Kristian Baxer, İcraçı vitse-prezident, "Statoil", Andrea Kattaneo, baş icraçı direktor və prezident, "Zenith Energy Ltd", Bernard Kleman, Avropa və Xəzər regionu üzrə vitse-prezident, "Total" və digərləri öz məruzələri ilə çıxış edəcəklər.