Gələn il ixrac artacaq İqtisadiyyat

Gələn il ixrac artacaq

Beynəlxalq Valyuta Fondu (BVF) 2018-2019-cu illər üzrə Azərbaycanda mal və xidmətlərin ixracı ilə bağlı proqnozunu açıqlayıb. Bu barədə BVF-nin "Yaxın Şərq, Şimali Afrika, Əfqanıstan və Pakistan üzrə regional iqtisadi proqnoz" adlı hesabatına istinadən xəbər verir. Hesabatda bildirilir ki, 2018-ci ildə Azərbaycanda mal və xidmətlərin ixrac dəyərinin 22,4 mlrd. dollar, 2019-cu ildə isə 23,6 mlrd. dollar təşkil edəcəyi proqnozlaşdırılır: "Bu il Azərbaycanda mal və xidmətlər üzrə idxal dəyərinin 18 milyard dollar, gələn il isə 18,36 milyard dollar olacağı gözlənilir". Hesabat müəlliflərinin hesablamalarına görə, 2017-ci ildə ölkədə mal və xidmətlərin ixrac dəyəri 19,1 mlrd. dollara, idxal dəyəri isə 16,1 mlrd. dollara bərabər olub.