Qüdrət Həsənquliyev Xətai rayonunda seçiciləri ilə görüş keçirib
15 Noyabr 13:58
15 Noyabr 13:58
14 Noyabr 16:16
14 Noyabr 14:16
"Ədalət, şəffaflıq və ictimai nəzarət uğrunda fəaliyyətimizi davam etdirəcəyik” - QHT sədri
Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik sütunu üzərində daha da möhkəmlənir
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Polşa XİN rəhbəri: Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq
Politoloq: Azərbaycan–Özbəkistan tandemi TDT-ni regional güc mərkəzinə çevirir
3 Sentyabr 2019 14:01
2 590
2019-cu ilin yanvar-iyul ayları ərzində "Azexport.az" portalına daxil olan ixrac sifarişlərinin həcmi açıqlanıb.
"İxrac icmalı"na əsasən, ilk 7 ayda portala 346,6 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-iyul aylarında ixrac sifarişləri 10 faiz artıb. 2019-cu ilin iyul ayında isə portala daxil olan ixrac sifarişlərinin dəyəri 43,5 milyon ABŞ dolları təşkil edib və ötən ilin iyul ayı ilə müqayisədə 40 faizlik artım qeydə alınıb. 2019-cu ilin yanvar-iyul aylarında portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində Rusiya (12,1 faiz), Türkiyə (6,4 faiz), ABŞ (6 faiz), Hindistan (5,7 faiz) və İngiltərə (4,8 faiz) qərarlaşıb.
Cari ilin iyul ayında "Azexport.az" portalına ən çox ixrac sifarişi pambıq, pomidor, fındıq ləpəsi, alma, tütün, toyuq yumurtası, şərab, qənnadı məhsulu, kosmetik vasitə, çay, tikinti materialı, mühərrik yağı, bal, boya, meyvə kompotu, nar məhsulları, yun, mebel dəsti, mineral su və s. mallara daxil olub.
Qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2019-cu ilin 31 iyul tarixinə kimi (31 ay ərzində) dünyanın 133 ölkəsindən portala daxil olan ixrac sifarişlərinin dəyəri 1 milyard 336 milyon ABŞ dolları təşkil edib.
14 Noyabr 17:56
2 205
14 Noyabr 17:40
2 135
14 Noyabr 17:19
2 310