Qüdrət Həsənquliyev Xətai rayonunda seçiciləri ilə görüş keçirib
15 Noyabr 13:58
15 Noyabr 13:58
14 Noyabr 16:16
14 Noyabr 14:16
"Ədalət, şəffaflıq və ictimai nəzarət uğrunda fəaliyyətimizi davam etdirəcəyik” - QHT sədri
Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik sütunu üzərində daha da möhkəmlənir
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Polşa XİN rəhbəri: Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq
Politoloq: Azərbaycan–Özbəkistan tandemi TDT-ni regional güc mərkəzinə çevirir
1 May 2020 17:34
2 303
Azərbaycan Respublikası Prezidentinin “Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında” 05 dekabr 2019-cu il tarixli 1673 nömrəli Sərəncamı ilə yaradılmış Komissiyanın üçüncü iclası keçirilib. Energetika Nazirliyindən bildirilib ki, Energetika naziri Pərviz Şahbazovun sədrliyi ilə onlayn formatda keçirilən iclasda pilot layihələrin icrası ilə bağlı məsələlər müzakirə edilib.
Nazir Pərviz Şahbazov bildirib ki, bərpa olunan enerji mənbələrindən istifadə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən energetika sahəsinin inkişafının prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilib və cari ilin 9 yanvar tarixində Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri ilə imzalanmış müqavilələrə uyğun olaraq 240 MVt gücündə külək və 200 MVt gücündə günəş elektrik stansiyalarının tikintisi ilə bağlı pilot layihələrin icrası ölkə başçısının diqqət mərkəzindədir. Qlobal səviyyədə müşahidə olunan mürəkkəb şəraitə baxmayaraq, Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətlərinin rəhbərləri imzalanmış sənədlərə sadiqliklərini bu yaxınlarda bir daha ifadə ediblər ki, bu da ölkəmizə, Prezident İlham Əliyevə olan inamın və etimadın daha bir göstəricisidir.
Sonra Komissiyanın qarşısında duran vəzifələrin icrası məqsədi ilə yaradılmış işçi qrupları üzrə görülən işlər barədə hesabat dinlənilib. Layihələrin icrası üçün müvafiq torpaq sahələrinin ayrılması ilə bağlı işlərin böyük hissəsinin artıq görüldüyü bildirilib, qalan işlərin tez bir zamanda başa çatdırılması zəruriliyi vurğulanıb. Şəbəkənin gücləndirilməsi və şəbəkəyə inteqrasiya üzrə şirkətlərlə müzakirələrin aparıldığı, texniki şərtlərin və sxemlərin təqdim edildiyi bildirilib. Bir sıra məsələlərlə bağlı müzakirələrin davam etdirilməsi zəruri sayılıb.
14 Noyabr 17:56
2 198
14 Noyabr 17:40
2 128
14 Noyabr 17:19
2 303